QƏBƏLƏ KONSERV ZAVODU

2007-ci ildən etibarən fəaliyyət göstərən Qəbələ Konserv Zavodu, Azərbaycanın qabaqcıl texnologiyalarına malik müasir və ən böyük istehsal müəssisələrindən biridir.
Zavod 16 hektarlıq ərazidə yerləşir və iki böyük istehsal sahəsinə malikdir. Zavodda meyvə şirələri, nektarlar, meyvə konsentratları, qazlı və qazsız sərinləşdirici içkilər istehsal olunur. Məhsullar həm yerli, həm də beynəlxalq bazarlarda yüksək tələbatla qarşılanır. Müasir avadanlıqlarla təchiz edilmiş müəssisədə illik 30 min ton meyvə emalı və 90 min ton meyvə şirəsi istehsalı həyata keçirilir.
Zavodda 3 meyvə emalı, 1 şüşə və 3 tetrapak xətti mövcuddur və Jalə, Zolotoy Sad, Natura, Mia, I’m Tea kimi markaların məhsulları istehsal edilir. Məhsullar Rusiya, ABŞ, Almaniya, Dubay, Qətər və digər ölkələrə ixrac olunur.
Ünvan: Qəbələ şəh, E.Kərimov 34 Az3600
Telefon: 0242052607; 977
e-mail: [email protected]