Skip to content Skip to footer


5-ci Yerli şirkətlərin


tanıtım sərgisi




Biznes və tərəfdaşlıq yolunda yenidən bir araya gəlirik! 24-26 iyun tarixlərində “5-ci Yerli şirkətlərin tanıtım sərgisi” baş tutacaq. “Bakı Ekspo Mərkəzi”ndə keçiriləcək sərgidə 200-ə yaxın yerli şirkət öz məhsullarını təqdim edəcək. Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Təşkilatçılar: Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA və Marsol Group Sərgidə öz stendinizlə təmsil olunaraq məhsul və xidmətlərinizi geniş kütləyə tanıtmaq fürsəti, yerli sahibkarlarla netvörkinq və potensial müştərilərlə tanışlıq imkanını dəyərləndirin! Ətraflı məlumat üçün:☎️*0555

Ziyarətçi qeydiyyatı

Yerli istehsalat və


istehsal texnologiyaları sərgisi



“1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” yekunlaşdı.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA və “Marsol Group”un birgə təşkilatçılığı, “Arenol GROUP”un baş sponsorluğu, “Fenstar”ın sponsorluğu, “Vien Group”un tərəfdaşlığı, “Moon Group”un promo tərəfdaşlığı və “BHB Strategic & Creative Co.” şirkətinin media tərəfdaşlığı ilə 3 gün davam edən sərgidə 100-ə yaxın yerli şirkətin məhsulları nümayiş olundu.

Dekabrın 9-dək davam edən sərgi çərçivəsində həmçinin, ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində görülən tədbirlər, dəstək mexanizmləri və güzəştlər, yerli istehsalın stimullaşdırılması, “Made in Azərbaijan” brendinin təşviqi fonunda danışıqlar aparıldı.


Ətraflı

Heydər Əliyev və Azərbaycan sahibkarlığı:

yerli şirkətlərin tanıtım sərgisi

“Baku Crystal Hall”da keçirilən “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım sərgisi başa çatıb. 

8-10 iyun tarixlərində keçirilən sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkətin məhsul və xidmətləri nümayiş olunub. 3 gün ərzində sərgini 26 min nəfər ziyarət edib. 

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı ilə keçirilib. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Dövlət Məşğulluq Agentliyi, “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası”, “Prestij kimya”, “Gədəbəy mineral suları”, “Moon Qrup” və “BHB” strateji və kreativ media agentliyi sərgiyə dəstək göstərənlər sırasındadır. 


Ətraflı

Tərəfdaşlar





Sponsor və

Tərəfdaşlar









5-ci “Yerli Şirkətlərin


Tanıtım Sərgisi”



Yerli şirkətlərin tanıtım sərgisi 2023-də

iştirakçı və ziyarətçi sayı


Ətraflı

0
+
İştirakçı şirkət
0
+
ziyarətçi










Yerli istehsalat və


istehsal texnologiyaları sərgisi