18-21 iyun tarixlərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), və Marsol Group-un birgə təşkilatçılığı ilə baş tutacaq 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”nə iştirakçı qeydiyyatı başladı.
“Bakı Ekspo Mərkəzi”ndə keçiriləcək sərgidə 300-ə yaxın yerli şirkət öz məhsullarını təqdim edəcək. Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.
Siz də Bakı Ekspo Mərkəzində baş tutacaq sərgidə öz stendinizlə təmsil olunmaq üçün müraciət edə bilərsiniz.
⏱️Sərgi müddəti: 4 gün
📍Məkan: Bakı Ekspo Mərkəzi
📆Tarix: 18-21 iyun 2025
☎️Əlaqə: 050 228 64 31 Fərid Rəcəbli
🌐www.marsolexpo.az
“1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” yekunlaşdı.
İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA və “Marsol Group”un birgə təşkilatçılığı, “Arenol GROUP”un baş sponsorluğu, “Fenstar”ın sponsorluğu, “Vien Group”un tərəfdaşlığı, “Moon Group”un promo tərəfdaşlığı və “BHB Strategic & Creative Co.” şirkətinin media tərəfdaşlığı ilə 3 gün davam edən sərgidə 100-ə yaxın yerli şirkətin məhsulları nümayiş olundu.
Dekabrın 9-dək davam edən sərgi çərçivəsində həmçinin, ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində görülən tədbirlər, dəstək mexanizmləri və güzəştlər, yerli istehsalın stimullaşdırılması, “Made in Azərbaijan” brendinin təşviqi fonunda danışıqlar aparıldı.
“Baku Crystal Hall”da keçirilən “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım sərgisi başa çatıb.
8-10 iyun tarixlərində keçirilən sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkətin məhsul və xidmətləri nümayiş olunub. 3 gün ərzində sərgini 26 min nəfər ziyarət edib.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı ilə keçirilib. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Dövlət Məşğulluq Agentliyi, “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası”, “Prestij kimya”, “Gədəbəy mineral suları”, “Moon Qrup” və “BHB” strateji və kreativ media agentliyi sərgiyə dəstək göstərənlər sırasındadır.