17, 18, 19, 20 iyun tarixlərində Bakı Ekspo Mərkəzində baş tutacaq sərgidə yerli şirkətlərlə yenidən bir araya gəlirik.

 

7-ci dəfə keçiriləcək “Yerli şirkətlərin tanıtım sərgisində” İnşaat, qida, İnformasiya texnologiyaları, tekstil, təhsil, logistika və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın şirkətin məhsul və xidmətləri nümayiş olunacaq.

 

4 gün davam edəcək sərgidə öz stendinizlə təmsil olunaraq məhsul və xidmətlərinizi geniş auditoriyaya tanıtmaq fürsəti, yerli sahibkarlarla netvörkinq və potensial müştərilərlə tanışlıq imkanını dəyərləndirin.