Məlhəm Beynəlxalq Hospitalının əsas məqsədi hər bir pasiyentin ehtiyaclarını diqqət mərkəzində saxlamaq, fərdi diaqnostika və müalicə yanaşması tətbiq etməklə yanaşı, onları şəfqət və dərin hörmətlə əhatə etməkdir. Klinik yanaşmamızda yalnız tibbi nəticələr deyil, pasiyentlərin psixoloji rahatlığı və məmnuniyyəti də prioritet hesab olunur.
Məlhəm Beynəlxalq Hospital 113 nəfər həkim, 202 nəfər orta tibb işçisi olmaqla ümumilikdə 537 nəfərlik peşəkar tibbi heyəti və müasir tibbi avadanlıqları ilə beynəlxalq standartlara uyğun yüksək səviyyəli tibbi xidmət göstərir.
Hospital 120 çarpayılıq tutuma malik, 28,000 m² sahəni əhatə edən, 5 mərtəbəli kompleksdə yerləşir. Tibb müəssisəsində 9 tam təchiz olunmuş əməliyyatxana, 20 reanimasiya yatağı, Neonatologiya şöbəsində isə 6 nüvə və 1 transfer arabası fəaliyyət göstərir.
Yüksək Texnologiya və İnteqrasiya Olunmuş Xidmətlər
- Kliniki şöbələr, laboratoriya və diaqnostika bölmələri ən son nəsil tibbi avadanlıq və sistemlərlə təchiz edilmişdir.
- Xəstəxanada müasir havalandırma sistemi və pnevmatik ötürücü sistem quraşdırılmışdır.
- Təcili yardım şöbəsi 24/7 rejimdə 2 reanimasiya və 1 transfer ambulansla xidmət göstərir.
- Pasiyent məmnuniyyətini artırmaq məqsədilə interaktiv texnologiyalar və onlayn xidmətlər tətbiq olunur. Zənglər vahid çağrı mərkəzi tərəfindən idarə olunur və hər bir pasiyentə fərdi yanaşma göstərilir
Fərq Yaradan Xüsusi Texnologiyalar və Yanaşmalar
- Transkranial Maqnit Stimulyasiyası (TMS)
- Parkinson xəstəliyinin müasir və kompleks müalicəsi
- Ağrısız, qansız və kəsiksiz qulaq şəkilləndirilməsi üsulu
Xüsusi Mərkəzlərimiz
Məlhəm Beynəlxalq Hospitalda müxtəlif ixtisaslaşmış tibbi mərkəzlər fəaliyyət göstərir:
- Parkinson Mərkəzi
- İnsult Mərkəzi
- Süd Vəzi Mərkəzi
- Peyvənd Mərkəzi
- Arıqlama və Bariatrik Mərkəzi
- Sonsuzluq Mərkəzi
- Yuxu Laboratoriyası
Əlaqə: +994 51 201 71 01; 803
Gmail: [email protected]
Ünvan: C. Naxçıvanski küç. 433 Bakı, 1099
Website: https://www.melhemhospital.com/