Biz, QOLAT Sport Services, idman tədbirlərinin təşkili və idarə olunması sahəsində peşəkar xidmət göstərən bir şirkətik. Fəaliyyətimiz müxtəlif idman növləri üzrə turnirlərin, yarışların və əyləncəli idman layihələrinin təşkili ilə iştirakçılara yüksək səviyyəli xidmət, azarkeşlərə isə unudulmaz təcrübə təqdim etməyə yönəlib.
Məqsədimiz idmanda keyfiyyətli təşkilatçılıq, şəffaf idarəetmə və beynəlxalq standartlara uyğun yanaşma ilə sektorda etibarlı mövqe tutmaqdır. QOLAT artıq beynəlxalq etibarlılığa sahib bir platforma kimi tanınır.
Biz gənc istedadların inkişafına xüsusi önəm veririk. Futbolun gələcəyinin möhkəm təməl üzərində qurulduğuna inanır və strukturlaşdırılmış yanaşma ilə gənc oyunçuların üzə çıxarılması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstəririk.
Beynəlxalq tanınma və etibarlılıq
•Rəsmi tanınma: QOLAT FIFA tərəfindən tanınan platformalardan biridir
•Qlobal standartlara uyğunluq: Turnirlərimiz və sistemimiz beynəlxalq qaydalara əsaslanır
•Etibar və keyfiyyət: Hər oyun, hər nəticə və hər qələbə beynəlxalq səviyyədə dəyərləndirilir
Bundan əlavə, QOLAT Sport Services idman oyunlarının və seminarlarının təşkili, idman formaları və aksesuarlarının təminatı, eləcə də xaricdə futbol dərslərinin təşkilini həyata keçirir. Eyni zamanda biz Subsoccer oyunlarının rəsmi Azərbaycan nümayəndəsiyik.
Subsoccer — asudə vaxtın əyləncəli və interaktiv şəkildə keçirilməsi üçün nəzərdə tutulmuş stolüstü futbol oyunudur.
Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza 3/5
Əlaqə: (+994) 55 591 98 98; (+994) 55 527 10 40
E-mail: info@qolat.com
Web: https://qolat.com/az/