“STORM Engineering” MMC 2021-ci ildən etibarən rəsmi olaraq fəaliyyət göstərir. Şirkətin faktiki peşəkar fəaliyyəti isə 2009-cu ildən başlamışdır. Cəmiyyətin təsisçisi Mustafa Sərdarov və direktoru Elxan Sərdarov uzun illər ərzində yerli və xarici şirkətlərdə müxtəlif məsul vəzifələrdə çalışaraq zəngin peşəkar təcrübə qazanmışlar.
STORM Engineering MMC-nin əsas fəaliyyəti müştərilərə yüksək keyfiyyətli, etibarlı və beynəlxalq standartlara uyğun mühəndislik, inspeksiya və laboratoriya xidmətlərinin göstərilməsindən ibarətdir. Müştəri məmnuniyyətinin təmin edilməsi Cəmiyyətin əsas prioritetlərindəndir.
Cəmiyyət yüksək ixtisaslı mühəndis və inspektor heyətinə, müasir texniki avadanlıqlara, eləcə də səyyar və daşınabilən ölçmə vasitələrinə malikdir. STORM Engineering MMC dövlət, özəl və xarici hüquqi və fiziki şəxslərlə əməkdaşlıq edərək dənizdə və quruda, neft və qeyri-neft sektorlarında, o cümlədən inşaat-tikinti layihələrində və istismarda olan müəssisələrdə üçüncü tərəf inspeksiya və laboratoriya xidmətləri həyata keçirir.
Cəmiyyətin fəaliyyəti müvafiq lisenziyalar, akkreditasiya sahələri, ISO sertifikatları və Fövqəladə Hallar Nazirliyinin icazə sənədləri əsasında təşkil olunur. STORM Engineering MMC beynəlxalq tələblərə uyğun iş standartlarına riayət edərək göstərilən xidmətlərin keyfiyyətinə və təhlükəsizliyinə tam zəmanət verir.
Cəmiyyətin əsas məqsədi ISO 17020 və ISO 17025 beynəlxalq standartlarının tələblərinə uyğun olaraq təhlükə potensiallı obyektlərdə, istehsalat və tikinti sahələrində risklərin minimuma endirilməsi, bədbəxt hadisələrin qarşısının alınması istiqamətində peşəkar inspeksiya və laboratoriya xidmətlərinin göstərilməsidir. STORM Engineering MMC üçüncü tərəf inspeksiya və laboratoriya xidmətlərini müəyyən edilmiş müddətlərdə və yüksək keyfiyyətlə yerinə yetirməyə hazırdır.
Ünvan: Bakı şəhəri, İsmayıl bəy Qutqaşınlı küçəsi 99C, 3-cü mərtəbə, 6 nömrəli otaq
Əlaqə: +994 55 203 66 30; +994 55 799 07 92
E-mail: info@storm-eng.az
Web: www.storm-eng.az