“Ailə Park” şirkəti 2017-ci il tarixində inşaat sektorunda fərqli bir yanaşma ilə fəaliyyətə başladı. Məqsədimiz yalnız binalar tikmək deyil, insanlara rahat və təhlükəsiz yaşayış mühiti yaratmaq idi. İlk layihəmiz kiçikmiqyaslı bir yaşayış kompleksi idi, lakin biz keyfiyyət və innovasiyanı əsas prinsip kimi qəbul etdik.

Bugünkü gündə “Ailə Park MTK” tikinti sektorunda fəaliyyət göstərən, müasir şəhərsalma prinsiplərinə əsaslanan yaşayış və kommersiya layihələrinin həyata keçirilməsi üzrə ixtisaslaşmış şirkətdir. Şirkət öz fəaliyyətində keyfiyyət, etibarlılıq və müştəri məmnuniyyətini əsas prioritet kimi qəbul edir və beynəlxalq standartlara uyğun tikinti işlərini həyata keçirir.

“Ailə Park MTK” tərəfindən reallaşdırılan Whitestone Residence, Whitestone Towers, Whitestone Estate və Whitestone Beach layihələri müasir memarlıq üslubu, funksional həllər və yüksək komfort standartları ilə seçilərək, premium yaşayış konseptini özündə əks etdirir. Bu layihələrdə estetik dizaynla yanaşı, sakinlərin rahatlığı üçün geniş yaşıllıq sahələri, istirahət zonaları və təhlükəsizlik sistemləri təmin edilmişdir.

 

Şirkət innovativ texnologiyalar və keyfiyyətli materiallardan istifadə edərək uzunömürlü, təhlükəsiz və yüksək dəyər yaradan yaşayış məkanları formalaşdırır. “Ailə Park MTK” gələcəkdə də şəhər mühitinə töhfə verən nüfuzlu layihələrlə inkişafını davam etdirməyi hədəfləyir.

 

Ünvan: AZ1008, Bakı şəh., Nərimanov ray., Əliəşrəf Əlizadə ev.42/9 m.56

Əlaqə: *3999; 0506003999

E-mail:info@whitestone.az

web: www.whitestone.az