Şirkətimiz “OVEN food & bakery” brendi altında Milli, türk, avropa, şərq şirniyyatları və həmçinin çörək məhsulları istehsal edərək müştərilərə təqdim edir.
Şirkətimiz, illər ərzində qənnadı, çörək və un məhsullarının istehsalı sahəsində çoxlu təcrübə və bilik qazanıb. Bu da öz növbəsində müştərilərimizə geniş çeşidli məhsul və xidmətlər təklif etmək üçün böyük imkanlar verir. Əsas məqsədimiz peşəkar fəaliyyətimizi genişləndirmək və müştərilərin tələbinə cavab vermək üçün səylə çalışmaqdır. “OVEN food & bakery” bir brend olaraq geniş çeşidli məhsul istehsalında yalnız təbii xammallardan istifadə edir.
Bütün məhsullar xüsusi təlim keçmiş və yüksək ixtisaslı ustalar tərəfindən hazırlanır.Ümumilikdə 450 nəfərə yaxın əməkdaşımız var.
Bizim şirkətimiz, dondurulmuş çörək və un yarımfabrikatlarının topdan və pərakəndə satış təchizatçısıdır.150 növdən çox dondurulmuş məhsul mövcuddur.
İstehsalımızda bütün istehsal texnologiyaları müşahidə olunur. Şirkətimizdə topdan və pərakəndə satış üçün münasib qiymətlər və fərdi şərtlər mövcuddur.
Ünvan: Sabunçu rayonu, Balaxanı ştq, Balaxanı Sənaye Parkı, ev17A
Əlaqə: +994 50 256 01 02
web: www.oven.az
e-mail: info@oven.az