AzəriGlobalServis MMC (AGSTV) 01 iyul 2021-ci il tarixindən fəaliyyət göstərən və rəqəmsal televiziya xidmətləri sahəsində ixtisaslaşmış şirkətdir. Şirkət TVINTV layihəsi çərçivəsində, Aztelekom layihəsi əsasında fəaliyyət göstərərək müasir IPTV və OTT texnologiyaları vasitəsilə televiziya xidmətlərinin təqdim edilməsini həyata keçirir. Şirkətimizin əsas fəaliyyət istiqaməti IPTV texnologiyalarının tətbiqi, inkişafı və fasiləsiz işləməsinin təmin edilməsidir. Peşəkar mühəndis və texniki komandamız tərəfindən platformanın stabil, təhlükəsiz və yüksək keyfiyyətlə fəaliyyət göstərməsi üçün müasir texnoloji həllər tətbiq olunur.
Fəaliyyət istiqamətlərimiz:
- IPTV texniki istiqamətinə və mühəndis komandasına rəhbərlik
- IPTV / OTT platformasının arxitekturasının layihələndirilməsi, qurulması və dəstəklənməsi
- 24/7 fasiləsiz yayımın təmin edilməsi
- Video xidmətlərin keyfiyyətinə və sistem performansına daimi nəzarət
- Striminq infrastrukturu, kontent çatdırılma sistemi (CDN) və middleware platformasının idarə olunması
- Yeni xidmətlərin və texnoloji həllərin inteqrasiyası
- Avadanlıq təchizatçıları və texnoloji tərəfdaşlarla əməkdaşlıq
- İnfrastruktur xərclərinin optimallaşdırılması və sistemin miqyaslana bilən şəkildə qurulması
- Beynəlxalq televiziya kanallarının lisenziyalı yayımının təşkili
- Avropa, Yaxın Şərq, Rusiya, Ukrayna, ABŞ və Türkiyə kanallarının retranslyasiyası və hüquqi nümayəndəliklərlə əməkdaşlıq
- İdman kanalları və müxtəlif liqalar üzrə yayım hüquqlarının alınması və retranslyasiya prosesinə texniki dəstək
- Texniki insidentlərin operativ aradan qaldırılması və sistem dayanma hallarının minimuma endirilməsi
AzəriGlobalServis MMC müasir texnologiyalara əsaslanaraq IPTV və OTT sahəsində etibarlı, stabil və yüksək keyfiyyətli xidmət təqdim etməyi qarşısına əsas məqsəd qoymuşdur.
Əlaqə: 012-599-11-92; 051-230-40-20
Ünvan: Heydər Əliyev prospekti 187C, Arena Plaza, blok B, mərtəbə 13
E-mail: info@ags.az
Web: ags.az