İOKİO Azərbaycanın aparıcı rəqəmsal hədiyyə kartı xidmətidir. Platforma istifadəçilərə sevdiklərinə istənilən vaxt və istənilən yerdən onlayn şəkildə hədiyyə seçmək, almaq və göndərmək imkanı yaradır. İOKİO vasitəsilə müxtəlif kateqoriyalar üzrə 100-dən çox tanınmış brendin rəqəmsal hədiyyə kartı təqdim olunur. İstifadəçi brendi seçir, məbləği müəyyən edir və kartı dərhal və ya planlaşdırılmış tarixdə göndərə bilir. Alıcı isə təqdim olunan kodu birbaşa həmin brendin mağazasında və ya xidmət nöqtəsində istifadə edir.
İOKİO həm fərdi istifadəçilər, həm də şirkətlər üçün rahat hədiyyələndirmə həlli təqdim edir. Korporativ müştərilər platforma üzərindən əməkdaşların mükafatlandırılması, müştəri loyallığı proqramları və xüsusi kampaniyalar üçün rəqəmsal hədiyyə kartları göndərə bilir. Brendlər üçün isə İOKİO əlavə satış kanalı, yeni müştəri bazasına çıxış və sürətli inteqrasiya imkanı yaradır. Platformanın əsas məqsədi hədiyyə vermə prosesini daha sürətli, rahat və müasir etməkdir.

Əlaqə: +994 12 404 31 40; +994 50 437 04 37

Ünvan: AZ1029, Bakı şəh., Heydər Əliyev pr. 115, bina 187C, “Arena Plaza” Biznes Mərkəzi

E-mail: support@iokio.az

Web: iokio.az