“Katan Textile” tekstil sahəsində işçi geyimlərinin və uniformaların istehsalını və satışını həyata keçirir. 2021-ci ildə təsis edilən şirkətdə müasir texnologiyalar və yeni avadanlıqlar vasitəsilə beynəlxalq standartlara cavab verən məhsullar istehsal olunur. İstehsalat sahəmiz keyfiyyəti və təhlükəsizliyi ilə seçilir. Yerli istehsalın inkişafı, müştərilərin və bazarın tələblərinə daha həssas yanaşma və rəqabətə davamlı imkanlar təklif edir. Məhsulların istehsalında yalnız yüksək keyfiyyətli xammallardan istifadə olunur. İşçi heyətimiz müvafiq sahələr üzrə peşəkar mütəxəssislərdən ibarətdir.
Məqsədimiz, müştərilərə yüksək keyfiyyətli məhsullar və xidmətlər təqdim etməklə, tekstil sahəsində öndə olmaq və statusumuzu qoruyub saxlamaqdır. Müəssisəmizin əsas dəyərləri keyfiyyət, əməkdaşlıq, yenilikçilik, innovativ dizayn və sosial məsuliyyətdir.
Keyfiyyət: bizim üçün prioritet məsələ müştəri tələblərinə uyğun keyfiyyətli məhsulların təmin edilməsidir.
Yenilikçilik: tekstil sektorunun inkişafını dəstəkləyir və sənayenin davamlı inkişafına töhfə verməyə hazırıq.
Sosial məsuliyyət: biz ətraf mühitin təmiz saxlanılmasına dəyər veririk və sosial məsuliyyətimizi ciddi şəkildə yerinə yetiririk.
Əməkdaşlıq: biz bir ailəyik və əməkdaşlarımızın inkişafına və rahatlığına diqqət edirik. Qarşılıqlı hörmət bizim üçün əsasdır.
İnnovativ dizayn: dizayn komandamız dəb və konstruksiyanı birləşdirərək həm estetik, həm də funksional və rahat geyimlər hazırlamaqda peşəkardır.
Dayanıqlı inkişafa dəstək: biz istehsalatda ekoloji standartlara əməl edir və resurslardan səmərəli istifadə edirik. Təbii və davamlı materiallara üstünlük verərək, ətraf mühitə təsiri minimuma endiririk.
Əlaqə: +994 10 521 51 58
Ünvan: Ə.Qayıbov küçəsi, 12/22 Bakı, Azərbaycan
E-mail: info@katan.az
Web: https://katan.az/