8-ci sərgi · 2027 · 23–26 iyun 2027 · Bakı Ekspo Mərkəzi

Yerli Şirkətlərin Tanıtım Sərgisi, Bakı Ekspo Mərkəzi

8-ci sərgi 2027

Yerli şirkətlərin tanıtım sərgisi

Yerli Şirkətlərin Tanıtım Sərgisi şirkətlərin məhsul və xidmətlərini minlərlə potensial müştəri, distributor, tərəfdaş və investora təqdim etməsi üçün ideal platformadır.

  • 23–26 iyun 2027
  • Bakı Ekspo Mərkəzi
  • 10:00–18:00

Kimsiniz?

Məhsul və xidmətlərinizi minlərlə potensial müştəri, distributor və investora təqdim edin.

Giriş pulsuzdur. Ziyarətçi qeydiyyatı tezliklə açılacaq.

Akkreditasiya, mətbuat relizləri və yüksək keyfiyyətli foto materiallar.

Sərginin açılışına
00gün
00saat
00dəq
00san
0+ şirkət
0k+ ziyarətçi
0gün
0zal
Digər✦ İnşaat✦ İnformasiya Texnologiyaları✦ Qida✦ İstehsal✦ Tekstil✦ Avto✦ Logistika✦ Dövlət qurumu✦ Səhiyyə✦ Mebel✦ Xidmət✦

Haqqımızda

Dövlət və özəl sektoru bir masa arxasında birləşdirən platforma.

Sahibkarlar və Dövlət qurumlarının iştirakı ilə hər il “Yerli şirkətlərin tanıtım sərgisi” layihəsi çərçivəsində sərgi təşkil edirik. Tədbirin keçirilməsindəki əsas məqsəd yerli şirkətlərin bir çox sahədə yararlana biləcəyi mühit yaratmaq, Dövlət-özəl sektor münasibətlərində etimadın və davamlılığın gücləndirilməsidir. Belə ki, şirkətlər sərgidə iştirak etməklə öz məhsul və xidmətlərini daha böyük auditoriyaya təqdim etmək, potensial müştərilərlə təmas yaratmaq, yeni müştərilər …

Təşkilatçılar Marsol Group
Ətraflı oxu
Sərgi zalı
Sərgidən kadr
7il ərzində
keçirilmiş sərgi

İştirakçılar üçün sərginin üstünlükləri

Niyə bu sərgidə olmalısınız?

Stendinizi indi qeydiyyatdan keçirin — yerlər çertyoj üzrə ardıcıllıqla paylanır.

Stendi rezerv et
01

Marka Tanıtımı

Geniş auditoriyada öz məhsul və xidmətlərinizi tanıtmaq

02

Rəqabət

Sektorda yüzlərlə yerli və xarici rəqiblər arasında varlığınızı göstərin. Günü-gündən böyüyən bazarda rəqabətdən geri qalmayın.

03

Müştəri Əlaqələri

Sərginin yaratdığı səmimi ab-havada VİP müştərilərinizi sərgiyə dəvət edərək, onları öz stendinizdə qəbul etməklə, təəssüratlandırın və əlaqələrinizi gücləndirin.

04

B2B əlaqələr

Rəqibləriniz də daxil olmaqla, sahibkarlarla görüşərək yeni iş imkanları yaradın və əlaqələrinizi gücləndirin.

05

Satış Fürsətləri

Qərar verici şəxslərlə birbaşa görüşərək sərgidə satış etmək üstünlüyü əldə edin.

Sərgi iştirak paketinə daxildir

Stenddən axşam ziyafətinə qədər — hamısı paketdə.

Bütün 13 xidmət

Stend

Arxa və yan divarlar, şirkətin adı ilə lövhə, 1 masa, 2 stul, zibil qutusu, 3 yuvalı elektrik uzadıcı, xalça döşəmə

Kataloq

Sərgi üçün çap ediləcək 2000 tiraj kataloqda 1 (bir) səhifə reklam (A5).

Sertifikat

Təşkilatçı tərəfindən sərgidə iştirakınızı təsdiqləyən rəsmi sertifikat

Monitor

Sərgi foye hissəsində 6x4 metr ölçülü monitorda vaxtaşırı şirkətinizin loqosunun yayımlanması

Brandwall-da logo

Sərginin foye hissəsində yerləşən iştirakçı Brandwall-da logo

Saytda məlumat

Marsolexpo.az saytında şirkətiniz üçün ayrılmış bölmədə məlumatlarınızın birillik yerləşdirilməsi

+7

Sertifikat, B2B/B2G görüşlər, axşam ziyafəti və daha çox

Paketə bax

Sərgilər

2020-dən bu günə — hər il daha böyük.

Sərginin rəsmi qonaqları

Şahmar Mövsümov

Şahmar Mövsümov

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Məcnun Məmmədov

Məcnun Məmmədov

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri

Anar Əliyev

Anar Əliyev

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri

Sahib Ələkbərov

Sahib Ələkbərov

Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini

Elnur Bağırov

Elnur Bağırov

Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri

Orxan Məmmədov

Orxan Məmmədov

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri

Sadiq Əliyev

Sadiq Əliyev

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri

Məmməd Abbasbəyli

Məmməd Abbasbəyli

İqtisadiyyat nazirinin müşaviri

İştirakçı rəyləri

“İntegro Group olaraq KOBİA və Marsol Group-un təşkilatçılığı ilə keçirilən Yerli Şirkətlərin Tanıtım Sərgisində ilk dəfə iştirak etdiyimiz üçün böyük məmnunluq hissi duyuruq. Bu sərgi yerli şirkətlərin bir-birini tanıması, məhsullarını təqdim etməsi və yeni əməkdaşlıqların qurulması baxımından çox əhəmiyyətli bir platformadır.”
Əli Yolçuyevİntegro Group direktoru
“Burada olmağımızdan çox məmnunuq. Hər kəsi bu sərgiyə qatılmağa və təqdim olunan imkanlardan faydalanmağa dəvət edirəm. Əminəm ki, bu sərgi ölkəmizin iqtisadiyyatına öz töhfəsini verəcək.”
Mosiyeb SahatMahkam Stone Sam Baku təsisçi
“İtech Group olaraq distribyutoru olduğumuz Inohom brendi ilə 78-ci stenddə təmsil olunuruq. Ziyarətçilərin fəallığı bizi çox sevindirir, sərgi çox dinamik və məhsuldar keçir.”
Afaq Nağıyevaİtech Group şirkətinin nümayəndəsi

Təşkilatçı və tərəfdaşlar

Bizə güvənən tərəfdaşlar

Marsol Group Təşkilatçı
Birbank Biznes Rəsmi tərəfdaş
Dövlət Məşğulluq Agentliyi Tərəfdaş
Azərbaycan Biznesinin İnkişafı Fondu Tərəfdaş
Azərbaycan Dövlət Reklam Agentliyi Tərəfdaş
BHB Strategic and Creative CO Media tərəfdaşı
UNEC Könüllü dəstək

FAQ

Tez-tez verilən suallar

Sərgidə iştirak ödənişlidirmi?

Bəli, sərgidə iştirak ödənişlidir. Ödəniş stend ölçüsü, yerləşmə zonası və əlavə xidmətlərdən asılı olaraq dəyişə bilər.

Sərgidə iştirak üçün nələr tələb olunur?

Sərgidə Azərbaycanda fəaliyyət göstərən hüquqi və ya fiziki şəxslər (vergi ödəyiciləri) iştirak edə bilər. Qeydiyyat zamanı VÖEN təqdim edilməsi mütləqdir.

Stend ölçüləri və daxil olan xidmətlər hansılardır?

İştirakçılar fərqli ölçü arasından seçim edə bilərlər. Paketə arxa və yan divarlar, şirkətin adı ilə lövhə, 1 masa, 2 stul, zibil qutusu, 3 yuvalı elektrik uzadıcı, xalça döşəmə və digər texniki təminatlar daxildir.

Sərgidə hansı sektorlar iştirak edir?

Sərgidə İKT, inşaat, logistika, təhsil, mətbəə, reklam, qida və digər sahələrdə fəaliyyət göstərən şirkətlər iştirak edir.

Şirkət qismində iştirak bizə nə qazandırır?

Sərgidə şirkət qismində iştirak etməklə siz məhsul və xidmətlərinizi geniş auditoriyaya təqdim edə, potensial müştərilər və tərəfdaşlarla birbaşa əlaqə qura, B2B görüşlər vasitəsilə yeni əməkdaşlıqlar formalaşdıra və brend tanınırlığınızı artırmaq imkanı əldə edirsiniz. Bundan əlavə, bazar trendlərini yaxından izləmək və sektor üzrə yeni imkanları dəyərləndirmək mümkündür.

Sərgi zamanı məhsul satışı mümkündürmü?

Bəli, məhsul təqdimatı və satışı sərgi qaydalarına uyğun şəkildə mümkündür.

Ziyarətçilər üçün giriş ödənişlidirmi?

Ziyarətçilər üçün giriş tamamilə ödənişsizdir, lakin ziyarətçi qeydiyyatı tələb olunur.

Bu gün iştirakınızı təsdiqləyin

Brendinizi Tanıdın: Biznes Şansını Qaçırmayın