Hər il mütəmadi olaraq “Yerli şirkətlərin tanıtım sərgisi”ni təşkil edirik. Bu sərgilər vasitəsi ilə yerli şirkətlər öz məhsul və xidmətlərini sərgiyə ziyarətçi kimi qatılan 20 minə yaxın insana əyani şəkildə təqdim edə bilir. Həmçinin sərgidə iştirak edən şirkətlərin bir-biriləri ilə əməkdaşlıqlar etməsi üçün zəmin yaratmış oluruq.