Bakı, 2026 — 17–20 iyun tarixlərində Bakı Ekspo Mərkəzində yerli biznes ekosisteminin ən böyük tədbirlərindən biri – 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi keçiriləcək.
Artıq ənənəyə çevrilmiş sərgi yerli istehsalın və xidmət sektorunun inkişafını dəstəkləmək, sahibkarlıq subyektləri arasında əməkdaşlıq imkanlarını genişləndirmək və biznes mühitində yeni tərəfdaşlıqların qurulmasına şərait yaratmağı hədəfləyir.
Bu il sərgidə inşaat, qida sənayesi, informasiya texnologiyaları, tekstil, təhsil, logistika və digər sahələr üzrə fəaliyyət göstərən 300-dən çox yerli şirkət öz məhsul və xidmətlərini təqdim edəcək.
Dörd gün davam edəcək tədbir müddətində iştirakçılar və ziyarətçilər yeniliklərlə tanış olmaq, bazarın inkişaf tendensiyalarını izləmək və biznes əlaqələrini genişləndirmək imkanı əldə edəcəklər.
Sərgi əvvəlki illərdə yüksək maraqla qarşılanıb və minlərlə ziyarətçinin iştirakını təmin edib. Bu il də tədbirə sahibkarlar, dövlət qurumlarının nümayəndələri, investorlar və biznes sahəsində fəaliyyət göstərən geniş kütlənin qatılması gözlənilir.
Sərgiyə giriş ziyarətçilər üçün ödənişsizdir. Qeydiyyat həm onlayn, həm də tədbir günlərində yerində aparılacaq.
Sərginin keçirilmə tarixi:
⏱️Sərgi müddəti: 4 gün
📅 17–20 iyun 2026
📍 Bakı Ekspo Mərkəzi
Əlavə məlumat üçün:
☎ 050 228 64 31
📧 [email protected]
🌐 marsolexpo.az