1992-ci ildə, müstəqilliyimizin yenicə bərpa olunduğu, ağır sosial-iqtisadi dönəmdə,
Bakının Balaxanı qəsəbəsində, cəmi 30 kvadratmetrlik sahədə və beş tikiş maşını ilə
Mirzəyev Tekstil öz fəaliyyətinə başladı.
İlk illərdə qadın geyimləri istehsalı ilə fəaliyyət göstərən müəssisəmiz, 1996-cı ildən
etibarən kişi geyimləri istehsalına keçid edərək bu sahədə Azərbaycanın ilk və qabaqcıl
müəssisələrindən birinə çevrildi.
2016-cı ildən etibarən məhsul çeşidini daha da genişləndirən Mirzəyev Tekstil,
ölkəmizdə ilk dəfə qu tükü əvəzləyicisi (down like fiber) materialı ilə kişi və qadın
gödəkçələrinin istehsalına başlamış və bu sahədə də yenilikçi addımlar atmışdır.
2022-ci ildən etibarən müəssisəmiz Məmmədli qəsəbəsində, Sənaye zonasında
yerləşən 4000 kvadratmetrlik müasir istehsalat sahəsində fəaliyyətini daha geniş və
inamlı şəkildə davam etdirir.
Bu gün Mirzəyev Tekstil Almaniya, Çin, Türkiyə, Rusiya, Hindistan və dünyanın digər
aparıcı ölkələrinin tekstil sənayesi müəssisələri ilə əməkdaşlıq edir, beynəlxalq tekstil
sərgilərində iştirak etməklə, ən son texnologiya və tendensiyaları Azərbaycana
gətirərək yerli istehsalatın inkişafına töhfə verir.
Əlaqə: +994 55 744 44 66 | +994 50 424 44 66
Gmail: mirzayevtextile@gmail.com
Ünvan: Balaxanı qəsəbəsi, Gülüstan küç., 31