Sahibkarlar və Dövlət qurumlarının iştirakı ilə hər il “Yerli şirkətlərin tanıtım sərgisi” layihəsi çərçivəsində sərgi təşkil edirik. Tədbirin keçirilməsindəki əsas məqsəd yerli şirkətlərin bir çox sahədə yararlana biləcəyi mühit yaratmaq, Dövlət-özəl sektor münasibətlərində etimadın və davamlılığın gücləndirilməsidir. Belə ki, şirkətlər sərgidə iştirak etməklə öz məhsul və xidmətlərini daha böyük auditoriyaya təqdim etmək, potensial müştərilərlə təmas yaratmaq, yeni müştərilər qazanmaq, marka imicini yüksəltmək, əməkdaşlıq edə biləcəkləri şirkətlərlə əlaqə yaratmaq, yeni ideyaları araşdırmaq, öz təcrübəsini və liderliyini nümayiş etdirmək, satış proseslərini daha səmərəli etmək, dövlətin biznesə dəstək mexanizmləri barədə maariflənmək, müştəri ehtiyaclarını daha yaxşı başa düşmə imkanına sahib olurlar.
Ümid edirik ki, Azərbaycan iqtisadiyyatının ayrı-ayrı istehsal və xidmət sektorunda fəaliyyət göstərən sahibkarlar arasında bu tədbir vasitəsilə geniş əlaqələr qurulacaq və inkişafa doğru daha da ciddi addımlar atılacaqdır.