ƏliƏhməd Şirniyyat Evi
Azərbaycanın qədim şəhərlərindən biri də, füsunkar təbiəti, ecazkar abidələri, gözəl sənət nümunələri ilə könüllər oxşayan Şəki şəhəridir. Elm və mədəniyyət mərkəzlərindən biri olan Şəki Azərbaycanın iqtisadi-siyasi həyatında özünəməxsus yer tutur.
Çoxsaylı tanınmış və görkəmli elm adamlarının yetişdiyi bu bölgə həm də Azərbaycanın istənilən sahəsinə öz töhfəsini verməkdə davam edir. Şəki həm də sənət və sənətkarlığın yüksək inkişaf etdiyi məkanlardan biridir. Şəki sənətkarlarının fədakar əməyi sayəsində bu şəhərdə zəngin tarixi-mədəni irs yaranmışdır.
Şəkinin şəhər həyatı ilə əkiz yaranan sənət sahələri içində qənnadı-şirniyyat məhsullarının hazırlanması sahəsi də mühüm yer tutur. Öz bənzərsiz və ləziz dadı ilə süfrələrimizin bəzəyinə çevrilmiş Şəki şirniyyatları Əliəhməd şirniyyat evində hazırlanır.
Əsası XX-ci əsrin 50-ci illərində Əliəhməd Əliəkbər oğlu Qaffarov (1918-2003) tərəfindən qoyulan, əvvəllər ev şəraitində fəaliyyət göstərmiş bu şirniyyat evi zaman-zaman müxtəlif çeşidli şirniyyat məhsulları ilə alıcıların rəğbətini qazanmışdır.
Ünvan: Azərbaycan, Şəki şəhəri. M. F. Axundov pr., 122
Telefon: (+994 24) 244 24 39, (+994 55) 842 42 42
web:
E-mail: [email protected]
Facebook: https://www.facebook.com/EliehmedShirniyyatEvi/
İnstagram: eliehmed_shirniyyat_evi_sheki