18 Noyabr 1994-cü ildə “Əminlər” olaraq fəaliyyətə başlamışdır. İlk olaraq şirkət “Əmin Bazar” adı ilə “özünə xidmət” “Əmin Bazar” pərakəndə satış mağazası açmışdır. Sonradan fəaliyyətini genişləndirib mağazaların sayını 5-ə artıraraq “Əmin Bazar” mağazalar şəbəkəsi yaradıb, eləcə də malların topdan satışı və dağıtımı ilə inkişaf etməkdə davam etmişdir. “Əminlər” 2011-ci ildən istehsal sahəsi açaraq “İLĞIM” əmtəə nişanı altında qida məhsullarının qablaşdırılmasına başlamışdır.
2014-cü ildən Çexiya, Niderland, Hindistan, İndoneziya, Vyetnam, Rusiya, İran, Türkiyə kimi qabaqcıl xarici ölkələrdən xammalların idxalını artıraraq müxtəlif növ və çeşidlərdə ədviyyatları, qənnadı və digər qida məhsullarını qablaşdırmaqda və istehsal etməkdədir. Bu gün “Əminlər” idxal etdiyi və ölkə daxilindən yüksək keyfiyyətli, eləcə də təbii aldığı xammallardan heç bir qatqısı olmadan, ISO standartlarına cavab verən prosedurlarla istehsal etdiyi və qablaşdırdığı məhsullar artıq Azərbaycan brendi olaraq tanınmış markalar altında (“İlğım”, “Tala”, “Nuş”, “Milpak” və s.) 4000-dən çox satış nöqtələrinə və “Bazarstore”, “Araz”, “Bravo”, “Rahat”, “Neptun” və s. kimi market şəbəkələrində 1000-dən çox məhsul çeşidlərini tədarük edir.
Ünvan: Sabirabad şəh. Vidadi küç. 8a
Telefon: +99477 404 40 44 / *4411
e-məktub: info@eminler.az
Web: www.eminler.az