ESTET MMC 1997‑ci ildən bəri Azərbaycan və digər ölkələrdəki inşaat firmalarını, inteqratorları və digər müəssisələri orta və aşağı elektrik cərəyanı sistemləri ilə təmin etməkdədir. 
Son illərdə şirkət fəaliyyət sferasını genişləndirərək yüksək texnoloji avadanlıqların satışı və texniki servis xidmətini göstərməyə başlamışdır.
Şirkət 2018‑ci ilin əvvəlindən etibarən dünyaca məhşur və keyfiyyətli istehsalçıların Azərbaycan üzrə satış və servis mərkəzi statusunu alıb. Xüsusilə server otaqları üçün həssas iqlimləndirmə istehsalçısı EMERSON/Vertiv şirkətinin Azərbaycan üzrə həm satış, həm də servis partnyorudur. Şirkətin mütəxəssisləri partnyor şirkətlər tərəfindən satış və texniki servis təlimləri keçərək sertifikatlarla təltif olunublar.
ESTET MMC yüksək texnoloji avadanlıqların satışı və texniki servis xidmətini göstərir. Şirkət GENPOWER, MAKELSAN, LANDE, EMERSON/Vertiv, ALFAMAX, ALFAFONET, ASSMANN/DIGITUS, NORM, BSMI, TALES ANALİTİK, ALCAD, HASSA YANĞIN, ETK KABLO, FİBERLİ və digər şirkətlərin rəsmi distribyutoru və partnyorudur. Bundan əlavə, şirkət Avropa və Türkiyənin bir çox etibarlı və tanınmış istehsalçıları ilə də əməkdaşlıq edir.
ESTET MMC layihələndirmə prosesindən başlayaraq işin yerinə yetirilib təhvil verilməsi mərhələsinə qədər bütün mərhələlərdə müştəriyə tam dəstək verir. Şirkət elektrik və mexanika sahəsində beynəlxalq və yerli partnyorlarla əməkdaşlıq sayəsində yenidənqurma və inşaat layihələri üçün lazım olan bütün elektrik, mexanika və yüksək texnoloji avadanlıqlara uyğun təkliflərlə çıxış edə bilir.
Bundan başqa, ESTET MMC çox böyük layihələrdə “açar təslimi”, elektrik və data, yanğından mühafizə və ventilyasiya sistemləri, laboratoriya avadanlıqlarının layihələndirilməsi, satışı, quraşdırılması və servis işlərini də yerinə yetirir və bu müddət ərzində bir çox uğurlu layihələrə imza atıb.
Əlaqə: +994 51 205 45 45
Gmail: info@estet.az
Ünvan: Malik Mammadov 17, Baku, Azerbaijan
Website: https://www.estetglobal.com/az/