Azəri Global Servis
AzəriGlobalServis MMC (AGSTV) 01 iyul 2021-ci il tarixindən fəaliyyət göstərən və rəqəmsal televiziya xidmətləri sahəsində ixtisaslaşmış şirkətdir. Şirkət TVINTV layihəsi çərçivəsində, Aztelekom layihəsi əsasında fəaliyyət göstərərək müasir IPTV və OTT texnologiyaları vasitəsilə televiziya xidmətlərinin təqdim edilməsini həyata keçirir. Şirkətimizin əsas fəaliyyət istiqaməti IPTV texnologiyalarının tətbiqi, inkişafı və fasiləsiz işləməsinin təmin edilməsidir. Peşəkar mühəndis və texniki komandamız tərəfindən platformanın stabil, təhlükəsiz və yüksək keyfiyyətlə fəaliyyət göstərməsi üçün müasir texnoloji həllər tətbiq olunur.
Fəaliyyət istiqamətlərimiz:
IPTV texniki istiqamətinə və mühəndis komandasına rəhbərlik
IPTV / OTT platformasının arxitekturasının layihələndirilməsi, qurulması və dəstəklənməsi
24/7 fasiləsiz yayımın təmin edilməsi
Video xidmətlərin keyfiyyətinə və sistem performansına daimi nəzarət
Striminq infrastrukturu, kontent çatdırılma sistemi (CDN) və middleware platformasının idarə olunması
Yeni xidmətlərin və texnoloji həllərin inteqrasiyası
Avadanlıq təchizatçıları və texnoloji tərəfdaşlarla əməkdaşlıq
İnfrastruktur xərclərinin optimallaşdırılması və sistemin miqyaslana bilən şəkildə qurulması
Beynəlxalq televiziya kanallarının lisenziyalı yayımının təşkili
Avropa, Yaxın Şərq, Rusiya, Ukrayna, ABŞ və Türkiyə kanallarının retranslyasiyası və hüquqi nümayəndəliklərlə əməkdaşlıq
İdman kanalları və müxtəlif liqalar üzrə yayım hüquqlarının alınması və retranslyasiya prosesinə texniki dəstək
Texniki insidentlərin operativ aradan qaldırılması və sistem dayanma hallarının minimuma endirilməsi
AzəriGlobalServis MMC müasir texnologiyalara əsaslanaraq IPTV və OTT sahəsində etibarlı, stabil və yüksək keyfiyyətli xidmət təqdim etməyi qarşısına əsas məqsəd qoymuşdur.




