8-10 iyun tarixlərində “Baku Crystal Hall”da İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı ilə keçirilmiş sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkət öz məhsul və xidmətlərini nümayiş etdirmişdir.
3 Gün ərzində sərgidə 26 000 nəfər ziyarətçi iştirak etmiş, sərgi çərçivəsində dövlət rəsmilərinin, 1500-dən çox sahibkarın iştirakı ilə 3 panel müzakirədən ibarət konfrans keçirilmişdir.
Sərginin əsas missiyası Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, iş adamları arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulması idi. Sərgi öz missiyasını uğurla tamamlamışdır.
Tərəfdaşlar:
Dövlət Məşğulluq Agentliyi
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası
İş adamları Cəmiyyətinin Milli Assosiasiyası
Baş Sponsor – “Prestij Kimya”
Sponsor – “Slavyanka”
Media tərəfdaşı – “BHB Strategic & Creative Co.”
Promo tərəfdaş – “Moon Group”
Sərginin bütün iştirakçılarına və zəyarətçilərinə göstərilən aktivliyə və marağa görə təşəkkür edirik. Biznes və tərəfdaşlıq yolunda növbəti il yenidən bir araya gəlmək ümidi ilə!