Tez-tez verilən suallar
-
Sərgini ziyarət etmək ödənişlidirmi?
Xeyr. Sərgiyə ziyarətçi qismində giriş tamamilə ödənişsizdir.
-
Sərgi hansı tarixdə keçiriləcək?
Sərgi 17-20 iyun 2026-cı il tarixlərində başlayacaq.
-
Sərgi harada keçiriləcək?
Tədbir Bakı Ekspo Mərkəzində təşkil olunacaq.
-
Sərgiyə necə gələ bilərəm?
Ziyarətçilər üçün ödənişsiz marşrut (nəqliyyat xidməti) təşkil olunacaq. Marşrut və saatlar barədə əlavə məlumat sərgi öncəsi elan ediləcək.
-
Ziyarətçi kimi kimlər iştirak edə bilər?
Sərgini istənilən şəxs ziyarət edə bilər. Sahibkarlar, şirkət nümayəndələri, tələbələr və bizneslə maraqlanan hər kəs üçün açıqdır.
-
Ziyarətçi qeydiyyatı necə aparılır?
Ziyarətçi qeydiyyatı iki formada mümkündür: Sərginin rəsmi saytında yerləşdirilən onlayn qeydiyyat bölməsi vasitəsilə Sərgi günlərində məkan daxilində yerində qeydiyyat yolu ilə
-
Sərgidə nə ilə tanış ola bilərəm?
Ziyarətçilər yerli şirkətlərin məhsul və xidmətləri, yeni biznes həlləri, bazar yenilikləri və potensial əməkdaşlıq imkanları ilə tanış ola bilərlər.