Azərbaycan Respublikası Prezidentinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi (AzMİ) öz səlahiyyətləri daxilində ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlət tənzimlənməsini (dövlət metroloji nəzarəti istisna olunmaqla) həyata keçirən qurumdur. İnstitut metroloji xidmət sahəsində ən müasir texniki imkanlara, peşəkar kadr potensialına malikdir.
İnstitut Azərbaycan Respublikasının dövlət etalonlarının saxlayıcısıdır. AzMİ kəmiyyət vahidlərinin ilkin dövlət etalonlarından kəmiyyət vahidi etalonlarınadək metroloji izlənilməni təmin etməklə yanaşı, ölçmə vasitələrinin yoxlanılmasını və kalibrlənməsini də həyata keçirir.
İnstitut öz fəaliyyətini AZS ISO/IEC 17025 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” və AZS ISO/IEC 17020 “Uyğunluğun qiymətləndirilməsi – İnspeksiya həyata keçirən müxtəlif növ orqanların fəaliyyətinə dair tələblər” standartlarının tələblərinə uyğunlaşdırıb.
AzMİ olaraq əsas hədəfimiz ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsində fəal iştirak edərək ölkəmizdə aparılan bütün ölçmələrin tələb olunan dəqiqliyini təmin etməkdir, çünki dəqiq ölçmələr – keyfiyyətin, dünya bazarında məhsulların rəqabətədavamlılığının və təhlükəsizliyinin əsasıdır.
Ünvan: Elçin İsaqzadə küçəsi, 7-ci köndələn, Nərimanov rayonu, Bakı, Azərbaycan, AZ1029
Əlaqə: (+994) 12 514 96