Biz dəyərlərini keyfiyyət və etibara əsaslanan bir şirkətik.
Müasir dünyada qablaşdırma məhsulları gündəlik həyatın və istehsalat proseslərinin ayrılmaz hissəsinə çevrilmişdir. Məhsulların təhlükəsiz daşınması üçün keyfiyyətli qablaşdırma materiallarına tələbat daim artır. Azplasttech MMC olaraq biz 2017-ci ildən etibarən Polietilen qablaşdırma sahəsində fəaliyyət göstəririk və müştərilərimizə streç film, skoç, şrink və müxtəlif növ paketlərdən ibarət geniş çeşidli qablaşdırma həlləri təqdim edirik. İstehsal prosesimizdə müasir texnologiyalardan və keyfiyyətli xammaldan istifadə olunur ki, bu da məhsullarımızın davamlılığını və etibarlılığını təmin edir.
Şirkətimiz illərdir keyfiyyətli plastik məhsullar istehsalı və müştəri etibarı ilə inkişaf edir.
AZPLASTTECH MMC olaraq əsas missiyamız – müştərilərimizin istehsal və satış proseslərində etibarlı tərəfdaş olmaq, onların işinə dəyər qatmaqdır. Biz keyfiyyətli qablaşdırma ilə məhsulların qorunmasına, istehsal proseslərinin səmərəliliyinin artmasına və bizneslərin inkişafına töhfə veririk.
Əlaqə: 051 225 52 75
E-mail: info@azplasttech.az
Web: www.azplasttech.az