Şirkətimiz “BAKU BAKERY” MMC , “OVEN” MMC-nin distribütor şirkəti olaraq,”OVEN” MMC şirkətinin məhsullarının bazarda satışını təmin edir. Fəaliyyətimiz və əməkdaşlıq etdiyimiz partnyorlar pərakəndə, HORECA, Bravo,Tam Store,Araz market, A+,Oba,Neptun marketlər və s. kimi geniş sahəni əhatə edir. “BAKU BAKERY” MMC və “OVEN” MMC şirkət brendi altında istehsal olunan milli, türk, avropa, şərq şirniyyatları və həmçinin çörək məhsulların satışını müştərilərə təqdim edir.

Şirkətimiz,  qənnadı, çörək və un məhsullarının satışı sahəsində çoxlu təcrübə və bilik qazanıb. Bu da öz növbəsində müştərilərimizə geniş çeşidli məhsul və xidmətlər təklif etmək üçün böyük imkanlar verir. Əsas məqsədimiz peşəkar fəaliyyətimizi genişləndirmək və müştərilərin tələbinə cavab vermək üçün səylə çalışmaqdır.  “BAKU BAKERY” MMC bir brend olaraq geniş çeşidli satılan məhsullarında yalnız təbii xammallardan istifadə edilir.

Bütün məhsullar xüsusi təlim keçmiş və yüksək ixtisaslı ustalar tərəfindən hazırlanır.Ümumilikdə 20 nəfərə yaxın əməkdaşımız var.

Bizim şirkətimiz, dondurulmuş çörək və un yarımfabrikatlarının topdan və pərakəndə satış təchizatçısıdır.150 növdən çox dondurulmuş məhsul mövcuddur.

İstehsalımızda bütün istehsal texnologiyaları müşahidə olunur. Şirkətimizdə topdan və pərakəndə satış üçün münasib qiymətlər və fərdi şərtlər mövcuddur.

Ünvan: Sabunçu rayonu, Balaxanı ştq, Balaxanı Sənaye Parkı, ev17A

Mobil: +994 99 209 60 99

e-mail: bahruz.hamzayev@oven.az