Evrika liseyi olaraq, hər bir şagirdin fərdi potensialını üzə çıxarmaq, bilik və bacarıqlarını inkişaf etdirmək üçün ilhamverici və dəstəkləyici bir təhsil mühiti yaratmağı hədəfləyirik. Təhsildə mükəmməlliyi təmin edərək, şagirdlərimizi akademik, sosial və mənəvi cəhətdən inkişaf etdirir, onları cəmiyyətə faydalı, özünə güvənən və məsuliyyətli vətəndaşlar kimi yetişdiririk.

Evrika liseyi yenilikçi tədris metodları ilə Azərbaycanın qabaqcıl təhsil ocaqlarından biri olmağı, qlobal təhsil standartlarına uyğun tədris mühitində şagirdlərə mükəmməl təhsil təklif etməyi hədəfləyir. Şagirdlərimizin beynəlxalq arenada rəqabət edə bilən, öyrənməyi sevən və həyat boyu öyrənməyə davam edən fərdlər kimi yetişmələrini təmin etmək bizim əsas vizyonumuzdur.

Beynəlxalq Cambridge Məktəbi olan Evrika liseyinin təhsil sisteminə dörd təhsil səviyyəsi daxildir: məktəbəhazırlıq, ibtidai təhsil, ümumi orta təhsil, tam orta təhsil. Tədris Azərbaycan, Rus, İngilis və Türk bölmələri üzrə aparılır. Evrika Liseyində bir çox dərnəklər mövcuddur, burada şagirdlər öz maraq və istedadlarına uyğun fəaliyyətlərdə iştirak edə bilərlər.

– Azərbaycan, rus, ingilis, türk, fransız və alman dilləri tədris olunur.
– STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) beynəlxalq proqramı bütün siniflər üzrə tədris olunur.
– İbtidai siniflərdə 70-90%, orta təhsil pilləsində isə 50-60% ev tapşırıqları liseydə icra edilir (şifahi tapşırıqlar istisna olmaqla), bu da şagirdlərə evdə daha çox istirahət imkanı yaradır və valideynlərin təhsil yükünü azaldır.
– İldə 7 dəfə monitorinq və sınaq imtahanları təşkil edilir ki, bu da şagirdlərin akademik göstəricilərinin mütəmadi qiymətləndirilməsinə və inkişafına kömək edir.
– Yuxarı siniflər üçün DİM, IELTS, SAT, YÖS hazırlıq proqramları vasitəsilə şagirdlər həm yerli, həm də beynəlxalq ali təhsil müəssisələrinə qəbul üçün peşəkar şəkildə hazırlanır.

Əlaqə: +994-12 525 10 10; +994-70 777 04 04

Ünvan: 68 Fəxrəddin Musayev, Baku, Azerbaijan

E-mail: info@evrikaliseyi.edu.az

Web: https://www.evrikaliseyi.edu.az/#