Yüksək Keyfiyyət

1989-cu ildən fəaliyyət göstərən HIGOLD, yüksək keyfiyyəti, innovativ yanaşması və həyat tərzini yaxşılaşdırmağa yönəlmiş məhsulları ilə tanınan qlobal brenddir.

Şirkət istehsalda dizaynla yanaşı, keyfiyyətli xammal, müasir texnologiya və ağıllı istehsal proseslərinə də önəm verir. Bu strategiya sayəsində HIGOLD 1000-dən çox patentə sahibdir və RED DOT, iF kimi nüfuzlu dizayn mükafatlarına layiq görülüb.

Məhsulları dünyanın 105-dən çox ölkə və bölgəsinə ixrac olunan HIGOLD, 2023-cü ildən etibarən Azərbaycan bazarında da fəaliyyət göstərir. Hazırda yerli tərəfdaşlar, pərakəndə satış şəbəkələri və dizaynerlərlə sıx əməkdaşlıq edirik.

Estetika

Kiçik sahələri maksimum dərəcədə səmərəli şəkildə istifadə etmək eyni zamanda evdəki hər bir əşya və alətin öz yerini tapmasını təmin etmək HIGOLD-un mətbəx və qarderob həllərinin əsas məqsədidir.

Mebel bağlantıları dolabların səssiz, istənilən bucaq altında açılıb-bağlanmasını təmin edir və gündəlik rahatlığa xidmət edir.

HIGOLD-un əsas missiyası : insanların həyat tərzini yaxşılaşdırmaq və onların evlərindən zövq almasını təmin etməkdir.

Funksionallıq

HIGOLD-un orijinal estetikasının gücü müxtəlif coğrafiyalardan gələn peşəkar dizaynerlərin birgə əməkdaşlığından doğur.

Dizayn komandamız Almaniya, İtaliya, ABŞ və Fransa kimi ölkələrdən olan mütəxəssislərlə yanaşı, Avstraliya, Asiya və digər bölgələrin dizaynerləri ilə də sıx əməkdaşlıq edir. HIGOLD premium bağ mebellərinin dizaynerləri Nikola Girotti Pininfarina studiyası (İtaliya), Claudio bellini (İtaliya), Nikolas Tompkins (Almaniya) , Pierrik Taylard (Fransa) beynəlxalq nüfuzlu dizaynerlərdir.

Bu beynəlxalq əməkdaşlıq sayəsində hər bir HIGOLD məhsulu funksionallıqla estetik görünüşü ustalıqla birləşdirir.

Əlaqə: +994 55 761 33 22

Ünvan: Bakı şəhəri, Azərbaycan Babək pr. 2228

E-mail: gm@higold.az

Web: https://higold.az/az