8th edition · 2027 · 23–26 June 2027 · Baku Expo Center

Government agency

AZCİS

“AZCİS” MMC 28.01.2013-cü ildə yaradılıb. Bir neçə fəaliyyət növü ilə məşğul olur. Onlardan ən əsası Coğrafi İnformasiya Sistemləridir.
Coğrafi İnformasiya Sistemləri (CİS)  istənilən məkanla bağlı məlumatların toplanması, emalı, saxlanılması, hazırlanması, kartoqrafik təqdimatı və yayılmasını təmin edən mükəmməl bir informasiya sistemidir. Coğrafi məlumatların istifadəsi ilə bağlı elmi, tədris və praktiki problemlərin həlli üçün ən əlverişli alət kimi müasir informasiya cəmiyyətində Cografi İnformasiya Sistemlərinin tətbiqi çox böyük sürətlə artmaqdadır.
Artıq “AZCİS” MMC bu istiqamətdə 10 illik təcrübəyə sahibdir. Şirkətimizin əsas məqsədlərindən biri CİS-in yaradılması, onun tətbiqi, müştərilərimizin ekspertləri üçün CİS-lə bağlı təlimlərin keçirilməsi və texniki dəstək xidmətlərinin göstərilməsidir.
“AZCİS” fəaliyyətini CİS-in 5 əsas təməl prinsipi üzərində qurub.
Bunlar:
1. Təchizat (hardware)
2. Proqram təminatı (software)
3. Verilənlər (data)
4. İnsan resursları (human resource)
5. Üsullar (methods)
Sadalanan 5 prinsip üzrə informasiya ehtiyatlarının formalaşdırılması mühüm şərtlərdir.
“AZCİS”də çalışan professional mütəxəssislərimizin qabaqcıl təcrübəsi bizə bir çox proseslərin reallaşmasına və CİS-in tətbiqi üzrə müvafiq xidmətləri təklif etməyə əsas verir.  Şirkətimiz İnformasiya Sistemləri ilə əlaqəli olan müxtəlif istiqamətlər üzrə də fəaliyyət göstərir.  Bunlara informasiya sistemlərinin texnoloji mühitinin  formalaşması, texnoloji mühit anlayışının mahiyyəti, instrukturu, texniki və proqram vasitələri, həmçinin informasiya sistemlərinin yaradılması məsələləri daxildir.
Həmçinin informasiya sisteminin mahiyyəti və inkişaf mərhələləri, təsnifatı, idarəetmə strukturunun rolu, informasiya sisitemlərinin yaradılması mərhələləri, planlaşdırma, planlaşdırmanın ma

[email protected] +994) 12 596 05 13 Bakı şəhəri, Nəsimi rayon, Vaqif prospekti 3
AZCİS