8th edition · 2027 · 23–26 June 2027 · Baku Expo Center

Food

Beta Tea

Azərbaycanda illər boyu formalaşan etibar
Beta Şirkəti
,
1993-cü ildən bəri Azərbaycan bazarında fəaliyyət göstərən ilk xarici çay markalarından biri olaraq,
30 ildən çoxdur ki
, istehlakçıların güvəninə və rəğbətinə layiq görülür. Bu illər ərzində şirkət çay istehsalı sahəsində dayanıqlı inkişaf yolu keçərək, bazarda keyfiyyətin və peşəkarlığın simvoluna çevrilmişdir. Azərbaycanın cənub bölgəsinin, xüsusilə Lənkəran rayonunun əlverişli iqlim və torpaq şəraitində yetişdirilən yüksək keyfiyyətli çay yarpaqlarından hazırlanmış məhsullar “Azərbaycan Çayı” və “Xəzər Çayı” brendləri adı altında həm ölkə daxilində, həm də beynəlxalq bazarlarda istehlakçılara təqdim olunur. Bu çaylar yalnız özünəməxsus dadı və yüksək keyfiyyəti ilə deyil, həm də milli dəyərlərimizə, mədəni irsimizə və torpağımıza olan dərin bağlılığı ilə seçilir.
Yerli istehsal və kənd təsərrüfatına töhfə
Beta Şirkəti təkcə çay istehsalı ilə kifayətlənmir. Yerli resurslara əsaslanaraq “Belita” markası ilə bazara çıxardığı, tam təbii və kimyəvi maddələrdən uzaq Azərbaycan düyüsü, həm sağlam qidalanma, həm də ölkənin kənd təsərrüfatı sahəsində dayanıqlı inkişafına dəstəkdir.
Bu günə qədər şirkətin ümumilikdə 450 hektar əkin sahəsi mövcuddur. Bunlardan:
218 hektar çəltik sahəsi,
232 hektar çay plantasiyasıdır.
Bu 232 hektarın 27 hektarı Sinovlu, 39 hektarı Osaküçə ərazisində yerləşən əkili və məhsuldar çay plantasiyasıdır.
Qalan 166 hektarlıq sahə isə əvvəllər Keniyadan gətirilən toxumlarla əkilmiş, lakin iqlimə uyğun gəlmədiyi üçün istədiyimiz nəticəni verməmişdir.
Təcrübə, eksperiment və doğru yol seçimi
Uzunmüddətli inkişaf planları çərçivəsində, şirkət 4 il boyunca Keniyadan gətirilmiş yüksək sortlu çay toxumlarını ölkəmizdə sınaqdan keçirmişdir. Bu prosesə Türkiyə, Şri-Lanka və Keniyadan dəvət olunan mütəxəs

[email protected] 0125140095 Ziya Bunyadov 20/61
Beta Tea