8-я выставка · 2027 · 23–26 июня 2027 · Бакинский Экспо Центр

Строительство

Betonist

2022-cı ildən bu günə qədər
Betonist
sənaye, anbar, avtodayanacaq və digər iri miqyaslı layihələr üçün
prefabrik dəmir-beton məmulatlarının
istehsalı və montajında ixtisaslaşmışdır. Müştəri məmnuniyyətini və davamlılığı əsas tutaraq, fəaliyyətimizi
zavod şəraitində yüksək texnologiyalarla
həyata keçiririk.
İlk gündən məqsədimiz:
Keyfiyyətli və uzunömürlü
Vaxta və büdcəyə uyğun
Müasir texnologiyalarla yerli istehsalı gücləndirmək və innovativ yanaşmayla ölkəmizin infrastrukturuna dayanıqlı töhfə verməkdir
Bu yolda qazandığımız
təcrübə, müştəri etibarı və texniki inkişaf
bizi bu gün Azərbaycanda sənaye binaları üçün ilk prefabrik dəmir beton istehsalçına çevirmişdir.
Missiyamız
Məqsədimiz – müasir texnologiyalarla istehsal edilmiş prefabrik beton konstruksiyalar vasitəsilə təhlükəsiz, uzunömürlü və funksional tikinti həlləri təqdim etməkdir. Yüksək keyfiyyətli məhsullar və peşəkar xidmətlə, ölkənin sənaye, kənd təsərrüfatı və digər sahələrinin inkişafına töhfə verməyi qarşıya məqsəd qoymuşuq.
Vizyonumuz
Azərbaycanın və regionun aparıcı prefabrik tikinti həlləri təminatçısına çevrilmək. Məqsədimiz – sürətli montaj, dayanıqlı material və innovativ yanaşma ilə müasir tikinti standartlarını formalaşdırmaq və sektorun etibarlı tərəfdaşı olmaqdır.
Dəyərlərimiz
Etibarlılıq: Hər layihədə verdiyimiz vədə sadiq qalırıq.
İnnovasiya: Zavod şəraitində gərginləşdirilmiş texnologiyalarla daim yenilənirik.
Dayanıqlılıq: Yerli xammaldan istifadə edərək uzunömürlü və davamlı məhsullar istehsal edirik.
Müştəri yönümlülük: Hər bir sifarişi fərdi yanaşma və diqqətlə həyata keçiririk.
Ünvan: Ağdam sənaye parkı, Ağdam, Azərbaycan
Əlaqə: 051 230 41 41
E-mail: [email protected]
web: https://betonist.az/

[email protected] 051 230 41 41 Ağdam sənaye parkı, Ağdam, Azərbaycan
Betonist