Nənənin Bağçası” kənd qadınlarının zəhmətini, ənənəvi reseptlərin mirasını və torpağın bəxş etdiyi nemətləri sevgi ilə bir araya gətirir. Biz israfı dayandırır, evdar qadınlara güc verir, uşaqlara nənələrinin dadını tanıdırıq.

Torpaqdan süfrəyə qədər uzanan bu yolun hər addımında təbiiliyi, dəyəri və insan hekayələrini yaşatmaq əsas hədəfimizdir. Biz kənd qadınlarına öz məhsullarını istehsal edib təqdim etməyə imkan verərək həm ailələrə, həm cəmiyyətə dəyər qatırıq.

Azərbaycan kəndlərinin ruhunu dünyaya tanıdan, sosial təsiri olan, təbii və etibarlı məhsullarla fərqlənən bir brend olmaq ümidi ilə yola çıxdıq. Qoy hər banka bir kəndin səsini, hər ləzzət bir nənənin mərifətini yaşatsın!

Əlaqə: +994 10 510 53 10

Ünvan: Şəki rayonu, Orta Zəyzid kəndi