“POLAR Textile & Uniform” şirkəti 2012-ci ildə təsis olunub. Şirkət xüsusi iş geyimləri, promo geyimlər, digər geyim və tekstil məhsullarının hazırlanması və satışının həyata keçirilməsi ilə məşğuldur.

 

Şirkətin 14 illik təcrübəsində neft, qida, nəqliyyat, mebel, tibb, otel, restoran və digər sahələrdə çalışan işçilər üçün hazırlanan iş geyimi modelləri mövcuddur. “POLAR” şirkəti hər növ iş sahəsinə uyğun geyimlərin modelləşməsi və tikilişini həyata keçirir. Hazırda ölkənin 40%-ə yaxın şirkətləri ilə əməkdaşlıq edir. “POLAR” ölkənin bir iş geyimi markasıdır!

Şirkət müştərilərin istəklərini nəzərə almaqla iş mühitinə və keyfiyyət standartlarına uyğun məhsullar hazırlayır, müştəri məmnuniyyətini əsas tutaraq istehsal etdiyi məhsulların davamlılığının, möhkəmliyinin və müasir zamanın tələbinə uyğun modelləşməsinin üzərində çalışır. “POLAR” şirkətini digər iş sahələrindən fərqləndirən əsas məqam isə istehsal olnunan məhsulların təməlində Azərbaycan qadının əl əməyinin dayanmasıdır.

“POLAR” – Azərbaycan qadınının göz nurundan və əl əziyyətindən doğulan bir məhsulun nəticəsidir.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi 78B

Əlaqə: 0124099026

E-mail: sales@polar.az

web: www.polar.az