Səhhət Klinikası 1999-cu ildən fəaliyyət göstərən, tibbi xidmətlər və iş yerlərinin attestasiyası sahəsində ixtisaslaşmış çoxprofilli tibb müəssisəsidir. Klinikamızda müxtəlif ixtisaslı həkimlərin konsultasiyaları, müasir diaqnostik müayinələr, tibbi prosedurlar və fərdi yanaşma əsasında hazırlanmış kompleks tibbi check-up proqramlar təqdim olunur.

Eyni zamanda, müəssisələr üçün iş yerlərinin attestasiyası xidmətini həyata keçirərək əmək şəraitinin kompleks qiymətləndirilməsi, zərərli istehsalat amillərinin müəyyən edilməsi və normativ tələblərə uyğunlaşdırılması istiqamətində peşəkar həllər təqdim edirik.

Fəaliyyətimiz pasiyent və müştərilərə fərdi yanaşma, tibbi etik prinsiplərə riayət və məxfilik əsasında qurulub. Məqsədimiz qabaqcıl texnologiyalardan istifadə etməklə keyfiyyətli, etibarlı və əlçatan xidmət göstərmək, həm fərdi sağlamlığın, həm də təhlükəsiz iş mühitinin qorunmasına töhfə verməkdir.

Ünvan: Bakı, Qara Qarayev prospekti, 103

Telefon: 012 447 5092; *3800 (Çağrı mərkəzi)

Mobil: 0502720176

web: www.sahhat.az

e-mail: info@sahhat.az