Tez-tez verilən suallar
Sərgini ziyarət etmək ödənişlidirmi?
Xeyr. Sərgiyə ziyarətçi qismində giriş tamamilə ödənişsizdir.
Sərgi hansı tarixdə keçiriləcək?
Sərgi 23-26 iyun 2027-ci il tarixlərində keçiriləcək.
Sərgi harada keçiriləcək?
Tədbir Bakı Ekspo Mərkəzində təşkil olunacaq.
Sərgiyə necə gələ bilərəm?
Ziyarətçilər üçün ödənişsiz marşrut (nəqliyyat xidməti) təşkil olunacaq. Marşrut və saatlar barədə əlavə məlumat sərgi öncəsi elan ediləcək.
Ziyarətçi kimi kimlər iştirak edə bilər?
Sərgini istənilən şəxs ziyarət edə bilər. Sahibkarlar, şirkət nümayəndələri, tələbələr və bizneslə maraqlanan hər kəs üçün açıqdır.
Ziyarətçi qeydiyyatı necə aparılır?
Ziyarətçi qeydiyyatı iki formada mümkündür: sərginin rəsmi saytında yerləşdirilən onlayn qeydiyyat bölməsi vasitəsilə və ya sərgi günlərində məkan daxilində yerində qeydiyyat yolu ilə.
Sərgidə nə ilə tanış ola bilərəm?
Ziyarətçilər yerli şirkətlərin məhsul və xidmətləri, yeni biznes həlləri, bazar yenilikləri və potensial əməkdaşlıq imkanları ilə tanış ola bilərlər.