1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi
“1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” yekunlaşdı.
İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA və “Marsol Group”un birgə təşkilatçılığı, “Arenol GROUP”un baş sponsorluğu, “Fenstar”ın sponsorluğu, “Vien Group”un tərəfdaşlığı, “Moon Group”un promo tərəfdaşlığı və “BHB Strategic & Creative Co.” şirkətinin media tərəfdaşlığı ilə 3 gün davam edən sərgidə 100-ə yaxın yerli şirkətin məhsulları nümayiş olundu.
Dekabrın 9-dək davam edən sərgi çərçivəsində həmçinin, ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində görülən tədbirlər, dəstək mexanizmləri və güzəştlər, yerli istehsalın stimullaşdırılması, “Made in Azərbaijan” brendinin təşviqi fonunda danışıqlar aparıldı.
7-9 dekabr tarixlərində keçirilən sərgidə Azərbaycanda yerli məhsulların istehsalı və ixracı ilə məşğul olan şirkətlərin, 1000-dən çox fərqli məhsul çeşidi minlərlə ziyarətçinin marağına səbəb oldu. Bununla yanaşı , sərgidə dövlət qurumu nümayəndələri də iştirak edərək, istehsalçı şirkətlərlə yaxından tanış oldular.
Onu da qeyd edək ki, “I Yerli İstehsalat və İstehsal Texnologiyaları” sərgisində təkcə Bakı şəhərindən deyil, eləcə də regionlardan qatılan yerli şirkətlər var idi.
Sərgiyə “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası” İctimai Birliyi, Dövlət Məşğulluq Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Kapital Bank da dəstək göstərib.