A+CO
Şirkət 1997 – ci ildə nar şirəsi xammalının istehsalı və satışının təşkili ilə fəaliyyətə başlamışdı.
2006 – cı ildə A+CO MMC adı ilə spirtli məhsulların istehsalına dair lisenziya alan şirkət, 2022-ci ilədək bu adla fəaliyyətinə davam etdirib. 2022-ci ildə şirkətin hüquqi statusu dəyişdirildi və hal-hazırda şirkət A+CO ASC olaraq fəaliyyətini davam etdirməkdədir.
Lisenziya aldıqdan sonra konyak spirti istehsalına, qısa zaman sonra isə qablaşdırılmış çaxır, araq və konyak məhsullarının istehsalına başlamışdı. Hal-hazırda alkoqolsuz məhsulların istehsalı da mövcuddur.
Şirkətin portfelində hamının tanıdığı Full, Mamedoff, Rio, Yakor, Romance kimi markalar yer alır.
Şirkət uzun illərdir ki, fəaliyyət göstərir və istehlakçıları keyfiyyətli məhsullarla təmin etməklə ölkə iqtisadiyyatına müsbət təsir göstərir.
Keyfiyyəti ilə ölkə daxilində böyük işlər görən şirkət öz portfelində yer alan çaxır və konyak məhsullarını Çin Xalq Respublikası və Rusiya Federasiyasına ixrac etməkdədir.
Ünvan: AZ0100, Abşeron rayonu, Xirdalan şəhəri, Həsən Aliyev küç 121
Telefon: +994 (12) 349 40 55
web: www.aplusco.com.az
e-mail: [email protected]
Facebook: A+CO-Aplusco
İnstagram: @aplusco_az