Birgə və Sağlam IB
“Birgə və Sağlam” İctimai Birliyi 2013-cü ildə Bakı şəhərində təsis olunmuş qeyri-kommersiya təşkilatıdır.
Birliyin əsas məqsədi : Psixi sağlamlığın qorunmasına kömək etmək, psixi əlilliyi olan və bu səbəbdən, xüsusi qayğıya ehtiyacı olan insanların, o cümlədən, uşaqların müalicə və reabilitasiya xidmətlərindən yararlanmasına kömək etmək, psixi əlilliyi olan insanların hüquqlarını qorumaq, sosial bərabərlik və inkluziya təşəbbüslərini artırmaq, bu istiqamətdə cəmiyyətin məlumatlandırılması və sözügedən təşəbbüslərə qoşulmağa həvəsləndirməkdir. “Birgə və Sağlam” İctimai Birliyi reabilitasiya mərkəzlərində psixi və əqli əlilliyi olan və xüsusi qayğıya ehtiyacı olan uşaqlara reabilitasiya və bərpa xidmətləri göstərir.
Bildiyiniz kimi, bu cür xidmətlər müxtəlif dəstəklərlə həyata keçirilir. İnkişaf problemləri olan uşaqlar diaqnozlarına müvafiq olaraq bərpa proqramlarından istifadə etsə də, bu uşaqların digər müxtəlif ehtiyacları birlik tərəfindən qarşılana bilmir. Uşaqların digər müxtəlif ehtiyaclarının qarşılanması və ümumiyyətlə, cəmiyyətdə bu istiqamətdə sosial təşəbbüskarlığın artırılması məqsədilə, bir sıra özəl müəssisələr öz fəaliyyətləri sahəsində dəstəklərini təklif edirlər. Bu mənada, uşaqların əyləncəsi, oyuncaqları, bayram tədbirləri və bir sıra digər ehtiyacları müvafiq xidmətlər göstərən şirkət və qurumlar tərəfindən xeyriyyə məqsədilə təmin olunur.
Ünvan: Bakı Şəhəri, İbrahimpaşa Dadaşov küçəsi 29.
Telefon: +994 12 567 14 07
Mobil: +994 55 988 90 49
web: birgesagam.az
e-mail: [email protected]
Facebook: birge.sagam
İnstagram: birge.sagam