Buta Glass
2002-ci ildən şüşə üzərində bəzək və dekor işləri ilə məşğul olan emalatxanamız, 2010-cu ildən «Buta Glass» adı ilə fəaliyyətini davam etdirməkdədir.Şüşə üzərində yüz illərlə görülən əl işləri nəsildən – nəsilə ötürülərək bu günümüzə qədər gəlib çatmışdır. İndi isə bu qədim sənət işi öz axarını dəyişir və yeniləşir.Azərbaycan ornament sənətində istifadə olunan bəzək elementlərini müasir formalarla birləşdirərək şüşəyə nəqş etməyi firma olaraq öhdəmizə götürdük. Daima axtarışda olan əməkdaşlarımız gündən – günə şüşə sənətini yeni – yeni boyalar, dekorlar, qızıl və platin örtükləri ilə daha da yeniləşdirirlər. Milli dəyərimiz sayılan Butanı «Buta Glass» olaraq gələcək nəsillərə ən gözəl şəkildə təqdim etməyi özümüzə vətəndaşlıq borcu bilirik.