DROP BE-AZ MMC

“DROP” BE-AZ MMC şirkəti keyfiyyət ikonası olaraq 2016-cı ildən fəaliyyətə başlayıb. Şirkət 7 illik fəaliyyəti ərzində dünyanın qabaqcıl, innovativ texnologiyalarını tətbiq edərək keyfiyyətli məhsullar istehsal edir. Geniş istehsal sahəsinə sahib olan şirkət dəyərli müştərilərinə şaftalı, albalı, qarağat, alma, portağal, multivitamin şirə və nektarlarını, həmçinin alkoqolsuz sərinləşdirici içki olan duşes, limon, tərxun limonadlarını, qazlı və qazsız suyunu təqdim etməkdə davam edir. Şirkət özünün modernizasiyası üçün tədbirlər həyata keçirərək məhsulların dizaynını və qablaşdırılmasını, estetik görünüşünü yeniləşdirərək istehsal həcmini artırır. Bununla yanaşı olaraq, daxili bazarda keyfiyyətli məhsullarının yayılmasını həyata keçirən “DROP” BEAZ MMC şirkəti eksport sahəsində də uğurlu nəticələr əldə etməkdədir.
Ünvan: AZ0116, Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsi, ev 4
Telefon: +994 12 347 97 87
Mobil: +994 50 397 14 14
e-mail: [email protected]
Facebook: https://www.facebook.com/profile.php?id=100075557378728
İnstagram: https://www.instagram.com/drop.be.az.mmc/