“Gədəbəy Mineral Suları” MMC
2004-cu ildə təsis edilmiş “Gədəbəy Mineral Suları” şirkəti Gədəbəy dağlarının təbii bulaqlarından əldə olunan suyun istehsalı və satışı ilə məşğul olur. İlk dəfə Slavyanka kəndində yerləşən “Novlu” bulağın suyu “Gədəbəy” və “Slavyanka – 1” markaları ilə istehlakçılara təqdim olunub, daha sonra digər bulaqlardan istifadə edilməyə başlanılıb. Hazırda fabrikə dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən dağlardakı 12 bulaqdan su gəlir. Suya olan tələbatı nəzərə alaraq 2010-cu ildə Gədəbəy rayonunun Zəhmət kəndində dünya standartlarına uyğun yeni texnologiyalarla təchiz olunmuş fabrik istifadəyə verilmişdir. 2014-cü ildən isə limonad fabriki fəaliyyətə başlamışdır.
Ünvan: Bakı şəhəri, N.Nərimanov rayonu, Ziya Bünyadov prospekti 20/61
Telefon: *2121
Mobil: +99455 414 21 21 / +99455 515 21 21
web: https://www.slavyanka.az/
e-mail: [email protected]
Facebook: Slavyanka
İnstagram: @slavyanka_az