İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu
Dövlətin iqtisadi siyasətinin həyata keçirilməsində əsas maliyyə institutlarından biri olan Fond ölkədə sahibkarlığın, xüsusilə də mikro, kiçik və orta sahibkarlığın inkişafı, əhalinin işgüzar fəallığının artırılması və iqtisadi aktivliyin təşviq edilməsi istiqamətində fəaliyyət göstərir. Fondun əsas məqsədi qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi və özəl sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsidir. Fondun missiyası güzəştli kredit, avadanlıq krediti, faiz subsidiyası mexanizmlərinin tətbiqi və maarifləndirmə tədbirləri həyata keçirməklə Azərbaycanda sahibkarlığın dayanıqlı inkişafında aktiv rol oynamaqdır.
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, A.Şərifzadə küçəsi, 172, AZ1122
Telefon: (+994 12) 310-23-00
web: edf.gov.az
e-mail: [email protected]
Facebook: Sahibkarlığın İnkişafı Fondu
İnstagram: sahibkarligin_inkisafi_fondu