Mirzəyev Tekstil
1992-ci il, müstəqilliyin yenicə bərpası, ağır sosial iqtisadi dönəmdə, Bakının Balaxanı qəsəbəsində,
30 kvadrat metrlik qapalı sahədə beş tikiş maşını ilə Mirzəyev Tekstil geyim sektoruna qədəm qoymuşdur.
Qadın geyimləri istehsalı ilə fəaliyyətə başlayan müəssisəmiz, 1996-ci ildən kişi geyimləri istehsalına
keçid etmişdir. Mirzəyev Tekstil, kişi geyimləri istehsalı sahəsində Azərbaycan bazarında
ilk müəssisələrdəndir və xüsusi çəkiyə malikdir. 2016-cı ildən geyim kolleksiyasını genişləndirən
Mirzəyev Tekstil, Azərbaycanda ilk dəfə qu tükü əvəzləyicisi (Down like fiber) tərkibli kişi və
qadın gödəkçələri istehsalına başlamışdır. 2022-ci ildən müəssisəmiz Məmmədli qəsəbəsi,
Sənaye zonasında 4000 kvadrat metrlik qapalı sahədə öz işini inamla davam etdirir.
Hazırda müəssisəmiz Almaniya, Çin, Türkiyə, Rusiya, Hindistan və s., dünyanın müxtəlif öndə gedən
ölkələrinin tekstil sənaye müəssisələri ilə əməkdaşlıq edir və dünyada keçirilən müxtəlif tekstil
sərgilərində iştirak edərək bu sahədə ən yeni texnologiyaları ölkəmizə gətirir.
Ünvan: Fabrik satış mağazası: Balaxanı qəsəbəsi, Gülüstan küçəsi 31
Telefon: 12 451 11 54
Mobil: 50 375 88 77 / 50 501 56 09
E-mail: [email protected]
Facebook: Mirzayev Textile
İnstagram: mirzayevtextile